“Bu addımları atandan sonra hücumda daha effektli olacağıq”
“Neftçi” PFK-nın baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının “Turan Tovuz” klubu ilə 1-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb və jurnalistlərin suallarını cavablandırıb.
“Bu bizim üçün pozitiv nəticə sayıla bilməz. Mən nəticədən razı deyiləm. “Neftçi” kimi böyük tarixə malik olan klub öz meydanında yalnız qələbə qazanmalıdır. Bunun üçün çalışacağıq. Hücum xəttini daha da rəqabətli etməyi planlaşdırırıq. İstəyirik ki, ön xəttə keyfiyyətli oyunçular qoşulsunlar və hazırda komandamızda olan hücumçularla rəqabət yaratsınlar. Düşünürəm ki, bu addımları atandan sonra hücumda daha effektli olacağıq”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
Roman Qriqorçuk: “Göstərdiyimiz oyuna görə üzr istəyirəm”
A Komanda 15 sentyabr 2024, 21:01 -
Zirədə məğlub olduq
A Komanda 15 sentyabr 2024, 20:00 -
“Zirə” ilə matçın hazırlığına sabah yekun vuracağıq
A Komanda 13 sentyabr 2024, 14:00 -
“Zirə” ilə oyuna hazırlıq davam edir
A Komanda 7 sentyabr 2024, 20:30