Toplanışda ilk heç-heçəmiz

20 iyul 2024, 21:15

“Neftçi” Türkiyə təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. “Ağ-qaralar” Türkiyənin “Erzurumspor” klubu ilə qarşılaşıb. “Palandöken Yüksek İrtifa Camp Facilities”də baş tutan matçda qolsuz heç-heçə qeydə alınıb.

“Neftçi” bu heyətlə mübarizə aparıb: 93.Rza Cəfərov, 2.Qara Qarayev, 3.Höccət Haqverdi (16.Lukas Melano, 46), 7.Azər Əliyev, 11.Kilan Lebon, 13.Emil Səfərov (47.Murad Məmmədov, 80), 19.Azər Salahlı (K), 27.Fərid Yusifli, 44.Yuri Matias (4.Mark Tamaş, 46), 77.Yeqor Boqomolski, 91.Ağadadaş Salyanski (21.İsmayıl Zülfüqarlı, 46).

Qeyd edək ki, ilk iki sınaq matçında Super Liqa təmsilçiləri –  “Alanyaspor” (3:1) və “Sivasspor”a (2:1) qalib gələn komandamız daha bir yoxlama oyunu keçirməyi planlaşdırır. Dördüncü görüşümüzün tarixi və məkanı, həmçinin rəqib haqda daha sonra məlumat verəcəyik.