İlk turda rəqibimiz “Turan Tovuz” olacaq

16 iyul 2024, 16:53

Bu gün Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında baş tutan püşkün nəticəsinə görə, “Neftçi” ilk turda evdə “Turan Tovuz” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 2-də start götürəcək.