Roman Qriqorçuk: “Ramil Şeydayev komandamız üçün əla transferdir”

16 iyul 2024, 13:30

“Neftçi” PFK-nın baş məşqçisi Roman Qriqorçuk Ramil Şeydayevin transfer olunmasına münasibət bildirib. Ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bu keçidin komandamız üçün əla transfer olduğunu deyib: “Mən çox şadam ki, Ramil bizimlədir. Bu futbolçunu çox sevirəm. Ona hörmət edirəm, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudur. Düşünürəm ki, bu, komandamız üçün əla transferdir”.