İlk yoxlama oyununda qələbə qazandıq

13 iyul 2024, 21:45

“Neftçi” Türkiyə təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. “Ağ-qaralar” Türkiyə Super Liqası təmsilçisi “Alanyaspor”a 3:1 hesabı ilə qalib gəlib. “Palandöken Yüksek İrtifa Camp Facilities”də baş tutan matçda komandamızın qollarını Höccət Haqverdi (14-cü dəqiqə), Emin Mahmudov (45-ci dəqiqə) və Yuri Matias (64-cü dəqiqə) vurublar.

“Neftçi” bu heyətlə mübarizə aparıb: 93.Rza Cəfərov, 3.Höccət Haqverdi (19.Azər Salahlı, 68), 4.Mark Tamaş, 7.Azər Əliyev, 8.Emin Mahmudov (K), 9.Andre Şinyaşiki (77.Yeqor Boqomolski, 81), 10.Filip Ozobiç, 14.Edvin Kuç, 17.Rəhman Hacıyev (Alfa Konte, 83/91.Ağadadaş Salyanski, 89), 44.Yuri Matias, 99.Ervin Koffi.

Qeyd edək ki, komandamız növbəti sınaq matçını iyulun 17-də digər Super Liqa klubu “Sivasspor”a qarşı keçirəcək. Eyni məkanda baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.