Baş məşqçinin köməkçiləri müəyyənləşdi

8 iyul 2024, 16:20

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub. Litvalı Saulius Sekanaviçus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qruqorçukun köməkçilərindən olacaq.