Yeni mövsümə hazırlığımız davam edir

1 iyul 2024, 21:30

“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir. Komandamızın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıblar. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında keçən axşam hazırlığına yeni transferlərimiz – Edvin Kuç və Emil Səfərov da qoşulublar.