“Neftçi” U-15 Liqasının bürünc medalını qazandı

20 iyun 2024, 15:10

AFFA U-15 Liqasında 3-cü yer uğrunda oyun keçirilib. “ASCO Arena”da baş tutan matçda “Neftçi” “Sumqayıt”la qarşılaşıb. Görüş baş məşqçi Elmir Hüseynovun yetirmələrinin 4:2 hesablı qələbəsi ilə nəticələnib. “Ağ-qaralar”ın qollarından ikisini Rüstəm Hüseynli, hərəyə birini isə Elşən Hidayətov və Məhəmmədəli Qasımzadə vurublar.

Bununla da U-15 Liqasında 3-cü yeri tutan “Neftçi” bürünc medal qazanıb. Medalları mükafatçılara AFFA Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov təqdim edib.