“Neftçi”nin futbolçusu Syerra Leone millisinə dəvət olundu

29 may 2024, 11:00

“Neftçi”nin yarımmüdafiəçisi Alfa Konte Syerra Leone milli komandasına dəvət olunub. 23 yaşlı futbolçu iyunun 5-də Cibuti, 10-da isə Burkina Faso yığması ilə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara çağırılıb.

Qeyd edək ki, Konte Syerra Leone milli komandasının heyətində 2 oyunda meydana çıxıb.