Emin və Rza milli komandada!

28 may 2024, 20:12

İyunun 7-də Albaniya, 11-də isə Qazaxıstan yığmasına qarşı beynəlxalq yoldaşlıq görüşü keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Milliyə “Neftçi” PFK-nın 2 üzvü – Emin Mahmudov və Rza Cəfərov dəvət olunub.

Qeyd edək ki, milli komandamız hər iki matçını Macarıstanın Sombatxey şəhərindəki “Haladas Sport Komplexum”da keçirəcək. Albaniya ilə oyun Bakı vaxtı ilə saat 21:00-da, Qazaxıstanla qarşılaşma isə saat 18:00-da başlayacaq.