İki futbolçumuz mövsümün ən yaxşıları sırasında

27 may 2024, 15:30

Sports.az saytı 2023/2024 futbol mövsümünün yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi təşkil edib. “Four Seasons Baku” otelində keçirilən tədbirdə “Neftçi”nin kapitanı Emin Mahmudov “Mövsümün ən yaxşı qolu”, qapıçımız Rza Cəfərov isə “Mövsümün ən yaxşı gənc qapıçısı” nominasiyasının qalibi kimi mükafatlandırılıblar.