“Neftçi” mövsümü 5-ci yerdə başa vurdu

25 may 2024, 21:15

“Neftçi” bu mövsüm Misli Premyer Liqasında sonuncu oyununu keçirib. “Ağ-qaralar” 36-cı turda “Sabah”la qarşılaşıb. Komandamız “Neftçi Arena”da baş tutan matçın 87-ci dəqiqəsində buraxdığı qolla məğlub olub – 0:1.

Bununla da 36 oyunda 56 xal toplayan “Neftçi” mövsümü 5-ci yerdə başa vurub.