“Neftçi”dən inamlı qələbə!

18 may 2024, 21:00

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 35-ci turda “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib. “ASCO Arena”da baş tutan matçda Brayan Moreno (69-cu dəqiqə), Ataa Caber (77-ci dəqiqə) və Qara Qarayev (82-ci dəqiqə) fərqləniblər.

Qeyd edək ki, sona bir tur qalmış “Neftçi” 35 oyundan 56 xalla turnir cədvəlində 2-ci yeri tutur.