“Səbail”lə matçın təyinatları açıqlandı

18 may 2024, 14:04

Misli Premyer Liqasında 35-ci turun təyinatları açıqlanıb. “Səbail” – “Neftçi” matçının baş hakimi Tural Qurbanov olacaq. Ona Rəhman İmami və Zöhrab Abbasov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək. VAR hakimi Devid Qersini, VAR hakiminin köməkçisi Eyyub İbrahimov, hakim-inspektor Feyzulla Feyzullayev, AFFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Qeyd edək ki, “Səbail” – “Neftçi” oyunu bu gün saat 17:00-da “ASCO Arena”da keçiriləcək.