Əzmkar qələbə qazandıq!

10 may 2024, 22:07

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 34-cü turda “Kəpəz”lə qarşılaşıb. “Neftçi Arena”da baş tutan matçdan əvvəl Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib.

Oyuna gəlincə, 36-cı dəqiqədə rəqib futbolçu Latir Fal hesabı açsa da, komandamız 5 qol vuraraq böyük hesabla qələbə qazanıb - 5:1. Andre Şinyaşiki het-trikə imza atıb. O, 45-ci, 47-ci və 76-cı dəqiqələrdə fərqlənib. Digər qolların müəllifləri Brayan Moreno (45+2-ci dəqiqə) və Ağadadaş Salyanski (86-cı dəqiqə) olublar. 

Qeyd edək ki, “Neftçi” 34 oyunda 53 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib.