3 futbolçumuz U-17 milli komandasında!

15 aprel 2024, 16:45

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası aprelin 16-dan 21-dək təlim-məşq toplanışı keçəcək. Bakıda təşkil olunacaq toplanışa Neftçi” PFK-nın 3 üzvü – Elvin Vəliyev, Vüsal Kərimov və Elşən Atakişiyev dəvət alıb.

Qeyd edək ki, millimiz aprelin 22-dən 28-dək Belarusun paytaxtı Minskdə 17 yaşlı futbolçulardan ibarət komandalar arasında baş tutacaq İnkişaf turnirində iştirak edəcək.