“Neftçi”nin 6 üzvü Latviyaya yollanacaq

13 mart 2024, 16:23

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Latviyanın paytaxtı Riqada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 2-ci turuna hazırlıq məqsədilə təlim-məşq toplanışı keçirəcək. Martın 25-dən 31-dək Bakıda hazırlaşacaq milliyə “Neftçi”nin 6 üzvü – Mehriban Şahməmmədova, Aytac Mirzəyeva, Müjgan Seyidova, Aydan Həsənova, Aysu Murtuzayeva və Lalə Abbaszadə dəvət olunublar.

Qeyd edək ki, aprelin 1-də səfərə yollanacaq komandamız ayın 3-də Monteneqro, 6-da Bolqarıstan, 9-da Latviya yığması ilə qarşılaşacaq.