Əvəzedicilərimiz mövsümdə üçüncü dəfə məğlub oldular

29 yanvar 2024, 18:00

“Neftçi-2” bu mövsüm Əvəzedicilər Liqasında üçüncü dəfə məğlub olub. Komandamız “Qəbələ-2” ilə 20-ci tur oyununda uduzub – 1:4. “Neftçi” Futbol Mərkəzində keçirilən görüşdə “ağ-qaralar”ın qolunu penaltidən Turan Vəlizadə (79-cu dəqiqə) vurub. Rəqibin heyətində isə Sənan Ağalarov (21-ci dəqiqə), Emil Süleymanov (27-ci, 41-ci dəqiqələr) və Xəyyam Məmmədli (77-ci dəqiqə) fərqləniblər.

Qeyd edək ki, 20 matçdan 49 xal toplayan “Neftçi-2” ən yaxın izləyicisi olan “Qəbələ-2”ni 4 xal geridə qoyaraq liderliyini davam etdirir.