Syerra Leone milli komandasının futbolçusu “Neftçi”də!

16 yanvar 2024, 19:37

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib. Syerra Leone milli komandasının futbolçusu Alfa Konte ilə 2,5+1 il şərtli müqavilə bağlanıb. 23 yaşlı vinger komandamızın heyətində 20 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Alfa Konte Syerra Leonenin “Sentral Parade” (2019-2021), İsrailin “Hapoel Umm Əl-Fəhm” (2021-2022), “Hapoel Rişon Lezion” (2022-2023) və Bolqarıstanın “Lokomotiv” (Plovdiv, 2023) klublarında çıxış edib. Gənc futbolçu Syerra Leone milli komandasının heyətində 2 oyun keçirib.