“Neftçi”nin 1/8 finaldakı rəqibi müəyyənləşdi

29 noyabr 2023, 15:34

“Neftçi”nin Azərbaycan Kubokunun 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib. Bu, II təsnifat mərhələsində “Şahdağ Qusar”ı 1:0 hesabı ilə məğlub edən “Qaradağ Lökbatan” klubudur. “Neftçi” – “Qaradağ Lökbatan” 1/8 final matçı dekabrın 19, 20 və ya 21-də “Neftçi Arena”da olacaq.

Qeyd edək ki, “Neftçi” 1/4 finala yüksələcəyi halda, yanvarın 30-31-də və fevralın 6-7-də keçiriləcək oyunlarda “Lerik”/“Sumqayıt” – “Karvan” cütünün qalibi ilə üz-üzə gələcək. Yarımfinal görüşləri aprelin 2-də və 23-də, final matçı isə iyunun 2-də baş tutacaq.