Rəhman Hacıyevin iştirakı ilə mətbuat konfransı olacaq

28 noyabr 2023, 16:00

Futbolçumuz Rəhman Hacıyevin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Noyabrın 29-u saat 10:45-də “Neftçi Arena”da təşkil olunacaq tədbirdə təcrübəli yarımmüdafiəçi media nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, Hacıyev 2014-2020-cü illərdə və 2022-cü ildən indiyədək “Neftçi”nin heyətində 200 oyun keçirib, 22 qol vurub. O, Premyer Liqada 157 (17 qol), Azərbaycan kubokunda 23 (2 qol), avrokuboklarda isə 20 (3 qol) dəfə “ağ-qara” formanı geyinib.