"Neftçi" qələbəni son dəqiqələrdə əldən verdi

26 noyabr 2023, 18:12

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 14-cü turda “Araz-Naxçıvan”la qarşılaşıb. 25 noyabr – Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar olaraq, “Neftçi Arena”da baş tutan oyuna komandalar klubumuz tərəfindən hazırlanmış bannerlə çıxıblar. Görüş isə heç-heçə nəticələnib – 1:1. 41-ci dəqiqədə Yuri Matias hersabı açsa da, 90+3-cü dəqiqədə Orxan Əliyev bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Neftçi” 14 oyundan 19 xalla turnir cədvəlində 6-cı yeri tutur.