“Araz-Naxçıvan”la oyuna hazırlıq davam edir

22 noyabr 2023, 17:35

“Neftçi” Misli Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşacağı “Araz-Naxçıvan”la matçın hazırlığını davam etdirir. “Zenit”lə yoldaşlıq oyunundan sonra iki günlük istirahətə buraxılan “ağ-qaralar” noyabrın 21-də məşqləri bərpa edib. Komandamızın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıblar. Hazırlıq prosesi əsasən toplu çalışmalardan ibarət olub.

Qeyd edək ki, noyabrın 26-sı saat 15:30-da “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Araz-Naxçıvan” qarşılaşması “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.