“Neftçi” – “Zenit” matçını Rauf Cabarov idarə edəcək

18 noyabr 2023, 16:36

“Neftçi” – “Zenit” (Sankt-Peterburq, Rusiya) yoldaşlıq oyununun baş hakimi Rauf Cabarov olacaq. Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. VAR hakimi Rəşad Əhmədov, VAR hakiminin köməkçisi Pərvin Talıbov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Zenit” oyunu bu gün saat 21:00-da “Neftçi Arena”da keçiriləcək.