“Neftçi”nin 3 üzvü Latviya və Ukrayna yığmalarına qarşı

13 noyabr 2023, 19:13

Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində noyabrın 17-də “Dalğa Arena”da Latviya, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində isə noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda Ukrayna yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. U-21-ə “Neftçi”dən 3 futbolçu – Fərid Yusifli, Ağadadaş Salyanski və Hüseyn Babayev dəvət olunub.