Kilan Lebon Sent Martin milli komandasında!

13 noyabr 2023, 17:15

“Neftçi” PFK-nın yarımmüdafiəçisi Kilan Lebon Sent Martin millisinə dəvət olunub. 26 yaşlı futbolçu yığmanın heyətində noyabrın 13-dən 21-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb.

Qeyd edək ki, Kilan Lebon Sent Martin milli komandasının heyətində 2 oyunda meydana çıxıb.