“Neftçi” qələbəni əldən verib məğlub oldu

11 noyabr 2023, 20:05

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. Komandamız 13-cü turda “Sumqayıt”la qarşılaşıb. “Neftçi Arena”da baş tutan matçda “ağ-qaralar” hesabı açsa da, nəinki qələbə hesabını qoruyub, hətta məğlub olub – 1:2. “Neftçi”nin heyətində Ataa Caber (35-ci dəqiqə), rəqibin heyətində isə Masaki Murata (56-cı dəqiqə) və Roi Kehat (69-cu dəqiqə) fərqləniblər.

Qeyd edək ki, “Neftçi” 13 oyundan 18 xalla turnir cədvəlində 6-cı yeri tutur.