
“Sumqayıt”la oyunun hazırlığı başa çatdı
“Neftçi” Misli Premyer Liqasının 13-cü turunda qarşılaşacağı “Sumqayıt”la oyunöncəsi son məşqə çıxıb. “Ağ-qaralar” bu gün “Neftçi Arena”da hazırlaşıb. Toplu və taktiki çalışmaların yerinə yetirildiyi məşqdə zədəli Emil Balayev iştirak etməyib, Qara Qarayev isə fərdi məşğul olub.
Qeyd edək ki, noyabrın 11-i “Neftçi Arena”da keçiriləcək oyun saat 16:30-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
Tövsiyə olunur
-
“Turan Tovuz”la oyuna hazırlıq davam edir
A Komanda 8 dekabr 2023, 17:00 -
Lukas Melano: “Qol vursam, yenə gələcəyəm”
A Komanda 6 dekabr 2023, 14:13 -
“Turan Tovuz”la oyunun biletləri satışa çıxarıldı
A Komanda 5 dekabr 2023, 18:00 -
Adrian Mutu: “Futbolçularımız döyüşkən ruh göstərdilər”
A Komanda 3 dekabr 2023, 20:55