“Zenit”lə oyuna media nümayəndələrinin qeydiyyatı başlandı

10 noyabr 2023, 18:10

“Neftçi” PFK-nın noyabrın 18-i saat 21:00-da “Neftçi Arena”da Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubu ilə keçirəcəyi yoldaşlıq oyununa media nümayəndələrinin qeydiyyatı başlanıb. Oyuna akkreditasiya almaq istəyən media nümayəndələrindən tələb olunanlar:

1. Ad, soyad

2. Təmsil etdiyi media

3. Vəzifə

4. Şəkil

5. 2023/2024 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyası (Akkreditasiya mütləqdir. Akkreditasiyanı göndərməyən şəxslər qeydiyyatdan keçə bilməyəcək)

6. Xarici media orqanlarının təmsilçilərindən PFL akkreditasiyası tələb olunmur.

7. Mətbuat konfransı otağında yerlər məhdud olduğu üçün mətbuat konfransında iştirak etmək istəyən media nümayəndəsi bu istəyini göndərəcəyi e-maildə bildirməlidir. E-mail vasitəsilə təsdiq alan həmin media nümayəndələrinə xüsusi vəsiqə veriləcək və yalnız o şəxslər mətbuat konfransına buraxılacaqlar.

8. Bu məlumatlar noyabrın 14-ü saat 18:00-dək [email protected] e-mail ünvanına göndərilməlidir. Saat 18:00-dan sonra göndərilən heç bir müraciət qəbul olunmayacaq. Müraciətlərinə [email protected] cavab alanlar qeydiyyatdan keçmiş hesab olunacaqlar.

Qeydiyyatdan keçən və bu haqda təsdiq e-maili alan media nümayəndələri akkreditasiyalarını 17.11.2023-ci il saat 12:00-dan 18:00-dək “Neftçi Arena”da “Neftçi TV”nin ofisindən götürə biləcəklər. Akkreditasiyasız media nümayəndələri stadiona buraxılmayacaqlar.