“Zəfər turu”nda səfər qələbəsi

5 noyabr 2023, 18:34

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununa çıxıb. “Ağ-qaralar” “Zəfər turu” – 12-ci turda “Qəbələ”nin qonağı olub. Qəbələ şəhər stadionunda keçirilən matçdan əvvəl Zəfər Gününün 3-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Oyun “Flaqman”ın 2:0 hesablı qələbəsi ilə nəticələnib. 60-cı dəqiqədə Emin Mahmudovun yerinə yetirdiyi künc zərbəsindən sonra Dieqo Valdez başla fərqlənib. 90+4-cü dəqiqədə isə Rəhman Hacıyev fərqlənib.

Qeyd edək ki, “Neftçi” 12 oyundan 18 xalla turnir cədvəlində 5-ci yeri tutur.