“Qəbələ” ilə oyunöncəsi son məşq

4 noyabr 2023, 18:53

“Neftçi” Misli Premyer Liqasının 12-ci turunda qarşılaşacağı “Qəbələ” ilə oyunöncəsi son məşqə çıxıb. “Flaqman” bu gün Qəbələ şəhər stadionunda hazırlaşıb. Məşqdə toplu və taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, noyabrın 5-i Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 16:00-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.