“Neftçi” son dəqiqə qolu ilə məğlub oldu

29 oktyabr 2023, 21:16

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununa çıxıb. “Ağ-qaralar” 11-ci turda “Sabah”a məğlub olub – 0:1. Yeganə qolu “Neftçi Arena”da keçirilən matçın 90+5-ci dəqiqəsində Boyan Letiç vurub.

Qeyd edək ki, “Neftçi” 11 oyundan 15 xalla turnir cədvəlində 5-ci yeri tutur.