Yeni idman direktoru “Neftçi”nin məşqində

27 oktyabr 2023, 12:57

“Neftçi” Misli Premyer Liqasının 11-ci turu çərçivəsində qarşılaşacağı “Sabah”la matçın hazırlığını davam etdirir. “Flaqman” bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıb. Məşqdən əvvəl klubun yeni idman direktoru Yens Andersson komandamızın üzvləri ilə görüşüb, qarşıdan gələn oyunda “ağ-qaralar”a uğurlar arzulayıb. Zədəlilər – Emil Balayev, Eddi İsrafilov və Andre Şinyaşikidən başqa bütün futbolçuların qatıldığı hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, oktyabrın 29-u saat 18:30-da “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Sabah” matçı “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.