“Səbail”lə oyun Əliyar Ağayevə tapşırıldı

20 oktyabr 2023, 13:17

Misli Premyer Liqasında 10-cu turun təyinatları açıqlanıb. “Səbail” – “Neftçi” matçının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. VAR hakimi Elçin Məsiyev, VAR hakiminin köməkçisi Rəhman İmami, hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi Elçin Mehtiyev olacaq.

Qeyd edək ki, “Səbail” – “Neftçi” oyunu oktyabrın 20-si saat 20:30-da “ASCO Arena”da keçiriləcək.