“Səbail”lə oyuna hazırlıq davam edir

18 oktyabr 2023, 12:28

“Neftçi” Misli Premyer Liqasının 10-cu turu çərçivəsində qarşılaşacağı “Səbail”lə matçın hazırlığını davam etdirir. “Qarabağ”la oyundan sonra üç günlük istirahətə buraxılan “ağ-qaralar” oktyabrın 12-də məşqləri bərpa edib. Komandamızın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıblar. Hazırlıq prosesi əsasən toplu və taktiki çalışmalardan ibarət olub.

Qeyd edək ki, oktyabrın 20-si saat 20:30-da “ASCO Arena”da baş tutacaq “Səbail” – “Neftçi” qarşılaşması “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.