Kapitana xatirə hədiyyəsi təqdim edildi

9 oktyabr 2023, 11:00

Kapitan Emin Mahmudov “Neftçi”nin heyətində 200 rəsmi oyun həddini keçib. Bu münasibətlə klubun baş icraçı direktoru Fərrux Mahmudov Misli Premyer Liqasının 9-cu turu çərçivəsində “Neftçi Arena”da keçirilmiş “Neftçi” – “Qarabağ” matçından əvvəl təcrübəli futbolçuya xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, “Qarabağ”la oyun Emin Mahmudov üçün 204-cü olub. O, Premyer Liqada 162 (38 qol), Azərbaycan kubokunda 17 (4 qol), avrokuboklarda isə 25 (9 qol) dəfə “Neftçi”nin şərəfini qoruyub.