4 futbolçumuz milli komandada

9 oktyabr 2023, 10:30

“Neftçi” PFK-nın 4 futbolçusu – Emin Mahmudov, Eddi İsrafilov, Filip Ozobiç və Höccət Haqverdi Azərbaycan milli komandasına dəvət olunub. Millimiz AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-ü Bakı vaxtı ilə saat 20:00-da səfərdə Estoniya, ayın 16-sı saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya yığması ilə qarşılaşacaq.