“Neftçi” “Qarabağ”a məğlub oldu

8 oktyabr 2023, 22:16

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 9-cu turda “Qarabağ”la qarşılaşıb. Matçdan öncə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti və “Flaqman”ın sadiq azarkeşlərindən olan Xoşbəxt Yusifzadənin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

“Neftçi Arena”da baş tutan görüşdə komandamız məğlub olub - 0:2. Qolları 46-cı dəqiqədə Olavio Juninyo, 88-ci dəqiqədə Redon Cica vurublar.

Qeyd edək ki, “Neftçi” 9 oyundan 12 xalla turnir cədvəlində 5-ci yeri tutur.