“Qarabağ”la matçı Rəşad Əhmədov idarə edəcək

8 oktyabr 2023, 12:24

Misli Premyer Liqasında 9-cu turun təyinatları açıqlanıb. “Neftçi” – “Qarabağ” matçının baş hakimi Rəşad Əhmədov olacaq. Ona Rahil Ramazanov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. VAR hakimi Əliyar Ağayev, VAR hakiminin köməkçisi Zeynal Zeynalov, hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi Elçin Məmmədov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu oktyabrın 8-i saat 19:30-da “Neftçi Arena”da keçiriləcək.