“Qarabağ”la oyunun hazırlığı başa çatdı

7 oktyabr 2023, 19:43

“Neftçi” Misli Premyer Liqasının 9-cu turunda qarşılaşacağı “Qarabağ”la oyunöncəsi son məşqə çıxıb. “Flaqman” bu gün “Neftçi” Futbol Mərkəzində hazırlığa yekun vurub. Məşqdə toplu və taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, oktyabrın 8-i “Neftçi Arena”da keçiriləcək oyun saat 19:30-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.