“Neftçi” uğursuz seriyaya Tovuzda son qoydu

30 sentyabr 2023, 18:28

“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. “Flaqman” 8-ci turda “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəlib. Qələbə qoluna Tovuz şəhər stadionunda keçirilən matçın 87-ci dəqiqəsində Aaron Olanare imza atıb.

Qeyd edək ki, bununla da 2 oyunluq qələbəsizlik seriyasına son qoyan “Neftçi” 12 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.