“Turan Tovuz”la səfər matçı Emin Əliyevə həvalə olundu

30 sentyabr 2023, 14:44

Premyer Liqada 8-ci turun təyinatları açıqlanıb. “Turan Tovuz” – “Neftçi” matçının baş hakimi Emin Əliyev olacaq. Ona Müslüm Əliyev və Şirmamed Mamedov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR hakimi Rəşad Əhmədov, VAR hakiminin köməkçisi Pərvin Talıbov, hakim-inspektor Barış Şimşek, AFFA nümayəndəsi Elgiz Abbasov olacaq.

Qeyd edək ki, “Turan Tovuz” – “Neftçi” oyunu sentyabrın 30-u saat 16:00-da Tovuz şəhər stadionunda keçiriləcək.