“Zirə” – “Neftçi” matçını Rəvan Həmzəzadə idarə edəcək

22 sentyabr 2023, 16:05

Premyer Liqada 7-ci turun təyinatları açıqlanıb. “Zirə” – “Neftçi” matçının baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Namiq Hüseynov və Elşad Abdullayev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Emin Əliyev yerinə yetirəcək. VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Kamran Bayramov, hakim-inspektor İmanxan Sultani, AFFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Qeyd edək ki, “Zirə” – “Neftçi” oyunu sentyabrın 23-ü saat 20:30-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.