“Neftçi”nin 3 üzvü Albaniya və Sloveniyaya qarşı

18 mart 2023, 20:00

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. Martın 23-də Albaniyanın, 26-da isə Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq milliyə “Neftçi” PFK-nın 3 üzvü – Fərid Yusifli, Rza Cəfərov və Hüseyn Babayev dəvət alıb. U-21 hazırlıq məqsədilə martın 20-dən 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.