U-17 Liqasında bürünc medal qazandıq
AFFA U-17 Liqasında sonuncu turun oyunları keçirilib. “Neftçi” “Araz-Naxçıvan”la qarşılaşıb. “Neftçi” Futbol Mərkəzində baş tutan matçda “ağ-qaralar” böyük hesabla qalib gəlib – 4:0. Qollardan ikisini Röyal Fərzullazadə, hərəyə birini isə Bəxtiyar Piriyev və Elvin Qurbanov vurublar.
Bununla da “Neftçi” U-17 Liqasında 3-cü yeri tutaraq bürünc medal qazanıb.