“Neftçi” ilin ilk ev oyununda qələbə qazandı

1 fevral 2023, 20:19

“Neftçi” 2023-cü ildə ilk ev oyununu keçirib. Komandamız Premyer Liqanın 20-ci turunda “Zirə”ni qəbul edib. “Bakcell Arena”da baş tutan matçda "ağ-qaralar" qalib gəlib - 1:0. Qələbə qolunu 52-ci dəqiqədə Voislav Stankoviç vurub.

Qeyd edək ki, “Neftçi” 20 oyundan 41 xalla turnir cədvəlində 3-cü yeri tutur.