“Zirə” ilə matçın hazırlığı başa çatdı

31 yanvar 2023, 18:50

“Neftçi” Premyer Liqanın 20-ci turunda qarşılaşacağı “Zirə” ilə matçın hazırlığını başa vurub. Komandamızın üzvləri bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıblar. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, fevralın 1-i saat 17:30-da “Bakcell Arena”da keçiriləcək matçın biletlərini “iTicket.az”ın satış məntəqələrindən, həmçinin aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/other/neftci-pfk-zire-fk23/85266

“Bakcell Arena”nın kassalarında isə qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.