“Sabah” – “Neftçi” matçını Əliyar Ağayev idarə edəcək

26 yanvar 2023, 13:45

Premyer Liqada 19-ci turun təyinatları açıqlanıb. “Sabah” – “Neftçi” oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Akif Əmirəli və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Hakim-inspektor Barış Şimşek, AFFA nümayəndəsi Elgiz Abbasov, VAR hakimi Elçin Məsiyev, VAR hakiminin köməkçisi Eyyub İbrahimov olacaq.

Qeyd edək ki, “Sabah” – “Neftçi” oyunu yanvarın 26-sı saat 19:00-da “Bank Respublika Arena”da keçiriləcək.