“Zirə” ilə cavab matçına hazırlıq başa çatdı

19 dekabr 2022, 18:49

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Zirə” ilə cavab matçının hazırlığını başa vurub. Komandamız bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu dekabrın 20-si saat 19:00-da “Bakcell Arena”da keçiriləcək. Bu komandalar arasında dekabrın 8-də Zirə İdman Kompleksinin stadionunda baş tutmuş ilk matçda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlmişdi.