
“Neftçi”nin 6 futbolçusu U-21 milli komandasında
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. Noyabrın 15-dən 20-dək Türkiyənin Antalya şəhərində baş tutacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 6 üzvü – Rza Cəfərov, Ramin Nəsirli, Rüfət Abbasov, Elcan Əbilov, David Orucov və Hüseyn Babayev dəvət ediliblər.
Qeyd edək ki, millimiz toplanış çərçivəsində noyabrın 17-də Macarıstan U-21, 20-də isə İsveç U-21 yığma komandası ilə yoxlama oyunu keçirəcək. Hər iki matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Tövsiyə olunur
-
Laurentsiu Regekampf: “Hər iki komanda yaxşı oyun göstərdi”
A Komanda 28 may 2023, 20:55 -
“Neftçi” çempionatı qələbə ilə başa vurdu
A Komanda 28 may 2023, 19:43 -
Çempionatda son oyunumuzu Rəvan Həmzəzadə idarə edəcək
A Komanda 28 may 2023, 13:30 -
Final oyunundan əvvəl mətbuat konfransı və açıq məşq olacaq
A Komanda 26 may 2023, 11:30